Servisin xidmətləri və videokurslar
Post Reply
User avatar
Vusal
Site Admin
Posts: 3926
Joined: Mon Jul 25, 2022 2:41 pm
Location: Azərbaycan, Şəki
Has thanked: 401 times
Been thanked: 2400 times
Contact:

İrəli səviyyə anakart təmiri (qarışıq mövzular) Part-2 | Udemy

Post by Vusal »

Bu video dərsliklər irəli səviyyədə hazırlanıb və ağır mövzulardan ibarətdir. Əgər siz bu sahədə yenisinizsə o zaman dərsliklər sizə çətin başa düşülən olacaq. Əlavə olaraq yaxşı bir avadanlığa sahib olmanız lazımdır. Çünki, dərsliklərdə müasir avadanlıqlardan istifadə edilib. Dərslər həm əyani həm də praktiki şəkildə izah edilib. Yəni ki, anakartda olan problem video dərsliyin sonunda tam həllini tapır.

Qeyd edim ki, sizin təməl elektronika bilginizin olması mütləqdir. Təməl dövrə elementlərin əsas ana xüsusiyyətlərini bilməzsəniz dərslər sizə tam aydın olmayacaq.

Dərslərdə əsasən qarışıq platformalara (Quanta, Compal, İnventec, Wistron və s.) sahib anakartın fərqli bölgələrinin çalışma alqoritması izah edilib. Bu video dərsləri öyrəndikdən sonra sizin sxem oxuma bacarıqları da artacaq. Çünki, anakart təmirindəki ən önəmli vacib faktorlardan birisi sizin sxemləri oxumağınızdır. Sxemsiz anakartı təmir edə bilərsiniz. Ancaq, müəyyən səviyyədə siz irəli gedə bilərsiniz. Anakartda dərin problemlər ilə üzləşdiyiniz zaman bu praktiki bilgilərin sizə çox köməyi olmayacaq. Bu zaman sizin anakartın çalışma alqoritmasını bilməniz lazım olacaq. Çalışma alqoritması İntel və AMD arxitekturasına dayanır. Çünki, anakartın yekun olaraq siqnalların birləşdiyi nöqtə CPU-dur. (Soc (APU) CPU və ya Intel PCH, AMD FCH)

Bəs çalışma alqoritması nədir ? Buna ingiliscə "Signal Timing Diagram" deyilir. Yəni siqnal zamanlama diaqramı və ya anakartın siqnal xəritəsi. Bu zamanlama isə anakartın pilləli şəkildə analizlərində çox önəmli rol oynayır.

* İrəli səviyyədə anakart təmiri üzrə toplam 8 saatlıq video dərslik.
* Dərsliklərin hər birində sxemli izahat və dövrənin çalışma məntiqi öyrədilib.
* Video drəslik həm əyani həm də praktiki formada hazırlanıb.
* Mündəricat və Demo dərslər qeyd edilib

Dərs 1:
Giriş MOSFET-lərin analizi | P kanal MOSFET | Sxem ilə izahat
Dərs 2:
Video card not detected | PCI-e slotun ətraflı analizi | Sxem ilə izahat
Dərs 3:
Graphic Card VRM Modding
Dərs 4:
CPU VCC_Core not working | Sxem ilə izahat
Dərs 5:
Short circuit CPU DrMOS | Masaüstü anakart təmiri | Sxem ilə izahat
Dərs 6:
Start almayan anakartın diaqnostikası | Sxem ilə izahat
Dərs 7:
Analoq Voltmetr və anakart diaqnostikası | how to use analog voltmeter
Dərs 8:
Anakartda sıralı qısaqapanma | Replace Intel SoC CPU 7th. gen. | | Sxem ilə izah
Dərs 9:
Anakartda Hall Sensor nedir | | Sxem ilə izahat
Dərs 10:
Anakartda bir neçə qısaqapanma | Sxem ilə izahat
Dərs 11:
Sxem olmadan masaüatü anakart təmiri | Sxem ilə izahat
Dərs 12:
DDR5 RAM dövrəsinin analizi | Siqnal zamanlama diaqramı
Dərs 13:
HP Adapter ID siqnal analizi | Sxem ilə izahat


:arrow: İrəli səviyyə anakart təmiri (qarışıq mövzular) Part - 2
[External Link Removed for Guests]
:geek: Senior computer technician & teacher
"Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.!" (Yusuf/76)
Post Reply

Return to “Diacom komputer təmiri servisi”