Acer, eMachines, Packard Bell noutbuk təmiri

Moderator: halit al

Post Reply
RansomWare
Posts: 5
Joined: Mon Jan 16, 2023 6:57 pm
Has thanked: 2 times
Been thanked: 2 times

EC Biosu programlayammıram

Post by RansomWare »

Salam Vüsal məllim və forum istifadəçiləri.
Başlıqda da bəhs ettiyim kimi acer travelmate p253e laptopundan sökdüyüm ec bios çipini programlayammıram. Deyesen çip kilidlidi.
İndi bütün detalları bir bir yazacam.
Deməli anakartın modeli LA-7912P dir.
IMG_20230116_182532_0_1.jpg
Anakartın üzərindəki ec bios çipinin modeli isə cFeon EN25Q80A-100HIP
IMG_20230114_201009_7_1.jpg
Əlimdə acerin saytından yükləyib .exe faylını açıp temp qovluğundan çıxarttığım .fd faylı var. Bu fd faylından da həm main həm da ec biosu hxd editorla çıxarttım. Forumlardakı qaynaqlarla qarşılaşdırıb düzgün editlədiyimə lovğalıq olmasın ama güvənirəm. Yenə də mən bu faylları link olaraq qoyaram alta.
İstifadə ettiyim programator ch341a cihazıdı. Öncə programatorun bəlkədə xarab olduğunu düşündüm ama main bios çipini gözəl bir şəkildə programlayır. Yəni cihazda problem yoxdur. Ama ec bios çipini nə tanıyır nə də yazır. Əslində yazmağa basanda yazır kimi görsənir ama yenidən oxutturanda əvvəlki halına qayıdır. Üstəlik oxudub çıxan koda baxanda görürəm ki editlədiyim ec biosla əlaqəsi yoxdu. Demək olar ki çipin içi boş görsənir ama tam olaraq boş deyil. Bir neçə dəfə oxudub oxunan faylları hashını alıb qarşılaşdırdım fərqli fayllar çıxır. Yəni çip nə düzgün oxunur nə də yazılır. Datasheet səhifəsini açanda açıqlama qisminə ingiliscə advanced write protection yazır. Yəni ki yazma qorumalı olduğunu deyir. Biraz daha oxuyanda bu məsələnin WP# deyə bir pinlə əlaqəli olduğunu gördüm. Bu arada mən asprogrammer istifadə edirəm. Asprogrammerdə yuxarıda çipin kilidini açmaq üçün bölüm var ama işə yaramır. Bunun çözümü nədir. Bu kilid necə qaldırıla bilər. Əslində ec biosda bir problem yoxuydu sadece dump almaq istəyirdim çipdən. Yoxsa dump alacam deyə çipi xarabmı elədim? Bəlkə də soruşduğum məsələ sizlər üçün çox bəsit bir şeydi. Tələbəyəm yeniyəm bu işlərdə. Bunu nəzərə alaraq cavablaya bilsəniz gözəl olardı.

Bu da editlədiyim bios faylları.
[External Link Removed for Guests]
User avatar
Vusal
Site Admin
Posts: 3274
Joined: Mon Jul 25, 2022 2:41 pm
Location: Azərbaycan, Şəki
Has thanked: 335 times
Been thanked: 1953 times
Contact:

Re: EC Biosu programlayammıram

Post by Vusal »

salam
laptop anakartlarindaki istifade edilen flash eeprom. yeni klidli olmazlar esla. yeni istehsalci onu klidlemez. gerek yoxdu cunki.
WP pin yeni ki7ci pin programmerde birbasa GND baglandigi ucun qoruma olmaz
eger eeprom oxunmursa basqa bir eeprom yoxla. bios duzgun edit edilib.
:geek: Senior computer technician & teacher
"Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.!" (Yusuf/76)
RansomWare
Posts: 5
Joined: Mon Jan 16, 2023 6:57 pm
Has thanked: 2 times
Been thanked: 2 times

Re: EC Biosu programlayammıram

Post by RansomWare »

Datasheetində WP# pinini 3 cü pin olaraq göstərib bir yanlışlıqmı var?
Screenshot_20230117-141957.png
Bəhs ettiyim kilit məsələsini də burda qeyd edib.
Screenshot_20230117-142033.png
[External Link Removed for Guests]

Baxdığım datasheetin linkini də qoyum. Bəlkə də yanlış datasheete baxıram.

Sonradan Düzəltmə:
Elə sizin dediyiniz kimi olacaq. Çünki digər programlayabildiyim çipin datasheetinə baxdım o çipin də eyni bu şəkildə WP pini və eyni şəkildə write protect yazır. Burdakı məsələ hər halda programlayıcının dəstəkləməməsidi.
User avatar
halit al
Posts: 549
Joined: Mon Aug 15, 2022 4:42 pm
Has thanked: 274 times
Been thanked: 474 times

Re: EC Biosu programlayammıram

Post by halit al »

Evet 3. pin wp# (write protect)# spı haberleşme yapan bütün bios çiplerinde bulunur. programlarken ektra bişey yapmana gerek yok başka bir bios çipini dene desteklemeyedebilir.
bilgi hakedene verilir
User avatar
Vusal
Site Admin
Posts: 3274
Joined: Mon Jul 25, 2022 2:41 pm
Location: Azərbaycan, Şəki
Has thanked: 335 times
Been thanked: 1953 times
Contact:

Re: EC Biosu programlayammıram

Post by Vusal »

RansomWare wrote: Tue Jan 17, 2023 3:27 pm Datasheetində WP# pinini 3 cü pin olaraq göstərib bir yanlışlıqmı var?

Screenshot_20230117-141957.png

Bəhs ettiyim kilit məsələsini də burda qeyd edib.

Screenshot_20230117-142033.png

[External Link Removed for Guests]

Baxdığım datasheetin linkini də qoyum. Bəlkə də yanlış datasheete baxıram.

Sonradan Düzəltmə:
Elə sizin dediyiniz kimi olacaq. Çünki digər programlayabildiyim çipin datasheetinə baxdım o çipin də eyni bu şəkildə WP pini və eyni şəkildə write protect yazır. Burdakı məsələ hər halda programlayıcının dəstəkləməməsidi.
sorry 24c eepromdaki 7 wp pin dusunub yazmisam )
her iki halda wp pin bizim ucun onemli deyil.
:geek: Senior computer technician & teacher
"Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.!" (Yusuf/76)
RansomWare
Posts: 5
Joined: Mon Jan 16, 2023 6:57 pm
Has thanked: 2 times
Been thanked: 2 times

Re: EC Biosu programlayammıram

Post by RansomWare »

Anladım önəmli deyil. Başqa programlayıcım olmadığı üçün bir ustaya götürdüm çipi ustanın programlayıcısı düzgün şəkildə oxudu və proqramladı. Deməli programlayıcım dəstəkləmirmiş. Yəni dediyiniz kimi oldu. Təşəkkür edirəm Vüsal ustam. İşiniz avand olsun İnşAllah.
User avatar
Vusal
Site Admin
Posts: 3274
Joined: Mon Jul 25, 2022 2:41 pm
Location: Azərbaycan, Şəki
Has thanked: 335 times
Been thanked: 1953 times
Contact:

Re: EC Biosu programlayammıram

Post by Vusal »

ch341a cox besit ve bu sahede elede is gorecek bir programmer cihazi sayilmaz.
:geek: Senior computer technician & teacher
"Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.!" (Yusuf/76)
Post Reply

Return to “Acer, eMachines, Packard Bel”