Anakartda yaranmış problem həlli, xroniki problemlər
Post Reply
User avatar
Vusal
Site Admin
Posts: 3274
Joined: Mon Jul 25, 2022 2:41 pm
Location: Azərbaycan, Şəki
Has thanked: 335 times
Been thanked: 1953 times
Contact:

Toshiba L50 DA0BLIMB6F0 RTC battery fix

Post by Vusal »

Hər kəsə salamlar

Toshibanın L50 modeli və ya bu platforma ilə eyni olan modellərində batareya sıradan çıxdıqdan sonra bir problem yaranır
Platforma Quanta BLIM. Bu modelin sxemi yoxdu. Normalda Toshibanın bu modellerində sxem mövcud olmur.
Qayıdaq problemə....

Bəzən müştəri batareyanı ya maddi baxımdan və ya ümumən dəyişilməyini istəməz. Batareya enerji saxlamadığı müddətcə BIOS sıfırlanacaq. Bu sıfırlanma isə noutbuk hər start aldığında bu pəncərə gələcək

[External Link Removed for Guests]

Yəqin ki, Toshibada bu menyunun nə mənaya gəldiyini bildiniz :)
Belə ki, batareya həm noutbuka enerji təmin edər həm də RTC_VCC (+3.2v) siqnalı təmin edir. Ekstra RTC_VCC olmadığı üçün BIOS daim sıfırlanırdı. Bunun bir həlli olması lazımdı... 8-)

Anakarta əyani olaraq baxdım. Ancaq, RTC batareya konnektorunu və ya yuvasını görmədim. Bu bir az ürək sıxan oldu. Çünki, ekstra RTC batareya yuvası yoxdusa bu zaman bir şeylər fikirləşməyim lazım idi :roll:

... İlk öncə batareya konnektorunu incələdim və bir pində 0R rezistor var idi. Bu RTC_VCC olmalı idi. Çünki, batareya konnektorun pinlərinə bağlı 0R rezistor normalda olmazdı. Bu qoruma məqsədli idi ki, RTC_VCC-də anlıq cərəyan yüksəlməsi səbəbli birbaşa bu cərəyan PCH RTC bölgəsinə düşməsin.
Rezistorun kenara sürüşdürdüm. Çünki, gələcəkdə batareya dəyişdirilsə bu RTC dövrəsinə problem yaratmasın və ya əvvəlki vəziyyətə gətirə bilim.
Daha sonra bir ədəd CR2032 batareyanı RTC_VCC siqnalına lehimlədim və səliqəli formada izolyasiya etdim.
Nəyə görə CR2032 ?
Çünki, RTC dövrəsi batareya doldurulma tipində ola bilməzdi. Çünki, RTC_VCC voltajı batareyadan göndərilirdi. Yəni, əks bir voltaj batareyanı yenidən doldura bilməzdi. Bu məntiqsiz olardı :)

[External Link Removed for Guests]

[External Link Removed for Guests]
:geek: Senior computer technician & teacher
"Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.!" (Yusuf/76)
Post Reply

Return to “Anakart təmir həlləri | Fix solution”