EC Biosu programlayammıram
Posted: Mon Jan 16, 2023 8:18 pm
Salam Vüsal məllim və forum istifadəçiləri.
Başlıqda da bəhs ettiyim kimi acer travelmate p253e laptopundan sökdüyüm ec bios çipini programlayammıram. Deyesen çip kilidlidi.
İndi bütün detalları bir bir yazacam.
Deməli anakartın modeli LA-7912P dir.
Anakartın üzərindəki ec bios çipinin modeli isə cFeon EN25Q80A-100HIP
Əlimdə acerin saytından yükləyib .exe faylını açıp temp qovluğundan çıxarttığım .fd faylı var. Bu fd faylından da həm main həm da ec biosu hxd editorla çıxarttım. Forumlardakı qaynaqlarla qarşılaşdırıb düzgün editlədiyimə lovğalıq olmasın ama güvənirəm. Yenə də mən bu faylları link olaraq qoyaram alta.
İstifadə ettiyim programator ch341a cihazıdı. Öncə programatorun bəlkədə xarab olduğunu düşündüm ama main bios çipini gözəl bir şəkildə programlayır. Yəni cihazda problem yoxdur. Ama ec bios çipini nə tanıyır nə də yazır. Əslində yazmağa basanda yazır kimi görsənir ama yenidən oxutturanda əvvəlki halına qayıdır. Üstəlik oxudub çıxan koda baxanda görürəm ki editlədiyim ec biosla əlaqəsi yoxdu. Demək olar ki çipin içi boş görsənir ama tam olaraq boş deyil. Bir neçə dəfə oxudub oxunan faylları hashını alıb qarşılaşdırdım fərqli fayllar çıxır. Yəni çip nə düzgün oxunur nə də yazılır. Datasheet səhifəsini açanda açıqlama qisminə ingiliscə advanced write protection yazır. Yəni ki yazma qorumalı olduğunu deyir. Biraz daha oxuyanda bu məsələnin WP# deyə bir pinlə əlaqəli olduğunu gördüm. Bu arada mən asprogrammer istifadə edirəm. Asprogrammerdə yuxarıda çipin kilidini açmaq üçün bölüm var ama işə yaramır. Bunun çözümü nədir. Bu kilid necə qaldırıla bilər. Əslində ec biosda bir problem yoxuydu sadece dump almaq istəyirdim çipdən. Yoxsa dump alacam deyə çipi xarabmı elədim? Bəlkə də soruşduğum məsələ sizlər üçün çox bəsit bir şeydi. Tələbəyəm yeniyəm bu işlərdə. Bunu nəzərə alaraq cavablaya bilsəniz gözəl olardı.
Bu da editlədiyim bios faylları.
[External Link Removed for Guests]