Page 1 of 2

Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Tue Jan 23, 2024 3:29 pm
by panjali.ganiyev
Plataya cərəyan verən kimi Fan maximal sürətdə işləyir. Sönülu vəziyyətdə fan-ın 3-cü pini (FAN_PWM_C) +5V alır. Start əmri verəndən sonra qaydasına düşür. Söndürdukdə isə yenə fan maximal sürətdə işləyir və noutbuk tam sönmür. Nə fikirləriniz var?

Schematic:
[External Link Removed for Guests]

Boardview:
[External Link Removed for Guests]

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Tue Jan 23, 2024 7:11 pm
by efekadioglu
bios u programlayıp deneyiniz

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Tue Jan 23, 2024 10:43 pm
by panjali.ganiyev
Çok teşekkür ederim. Bunu deneyip size geri dönüş yaparım

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Wed Jan 24, 2024 1:51 am
by Vusal
BIOS yenile
sonme emrinden sonra slp_s3 ve slp_s4 voltajlarini kontrol et

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Wed Jan 24, 2024 4:20 pm
by panjali.ganiyev
BIOS-dan deyil, platada eeprom olmasa belə, cərəyan verən kimi fan işə düşür. Düşünürəm problemin nədən qaynağlandığını tapmışam amma hələ ki yoxlamağa imkan yoxdu. Normalda fana +5V plataya Start verəndən sonra gəlməlidir, +5V isə JW7110DFNC kontrolleri cavabdehdi. Kontrollerin 5-ci pininə ON2 yəni Enable siqnalı gəlməsə belə kontroller OUT2-yə +5V verir. Hal hazırda əlimdə bu kontrollerdən yoxdur, tapım dəyişim nəticəni yazacam

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Wed Jan 24, 2024 10:44 pm
by Vusal
komputer tam sonduyu halde fan isleyir qeyd etmisen. tam sonulu halda aktivdirse buna sebep qeyd etdiyim iki siqnali kontrol et. sistem tam standby veziyyetine dusmediyi ucun ola biler. komputerde goruntu varmi ?

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Thu Jan 25, 2024 12:15 am
by panjali.ganiyev
Noutbuka 19v qoşan kimi fana 5v gəlir və maximal sürətdə işə düşür, start duyməsini basan kimi fanin surəti normal olur görüntü gəlir, yenə düymədən sondururəm fan maximal sürətdə işləyir. 5v aktiv edən kontrollerə enable siqnali gəlmədən kontroller OUT pinində 5v aktiv edir

Standby vəziyyətdə:
SLP_S3# 0v
SLP_S4# 0v

Start aldiqda:
SLP_S3# 3.3v
SLP_S4# 3.3v

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Thu Jan 25, 2024 12:47 am
by Vusal
MAINON siqnalini SIO gonderir.
SIO program teminatini yenile. ve olcumu bu cur et. pu6002 deyisdirme. cunki standby veziyyetde sio mainon pinini olc orda voltaj 3.3v varmi.
mainon eger daim aktivdirse tekce 5v deyis 3vs ve 1.2v 1.5 voltajlarini da aktiv edecek.
bu veziyyetde siqnalin gelis noqtesine hedeflen

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Thu Jan 25, 2024 12:57 am
by panjali.ganiyev
Standby vəziyyətdə mainon aktiv deyil (startdan sonra aktiv olur) amma PU6002 mainon siqnali olmadan OUT +5v verir

Re: Acer A315-55G (DA0ZAWMB8G0) Noutbuk sönmür, fan daimi işləyir

Posted: Thu Jan 25, 2024 1:02 pm
by halit al
Mainon olmadan entegrenin +5v vermesi anormal bir durum vout2 piniyle vout1 ve vin giris pinlerinin arasini kisa devre modunda konrol et