Bu video dərsliklər irəli səviyyədə hazırlanıb və ağır mövzulardan ibarətdir. Əgər siz bu sahədə yenisinizsə o zaman dərsliklər sizə çətin başa düşülən olacaq. Əlavə olaraq yaxşı bir avadanlığa sahib olmanız lazımdır. Çünki, dərsliklərdə müasir avadanlıqlardan istifadə edilib. Dərslər həm əyani həm də praktiki şəkildə izah edilib. Yəni ki, anakartda olan problem video dərsliyin sonunda tam həllini tapır.
Qeyd edim ki, sizin təməl elektronika bilginizin olması mütləqdir. Təməl dövrə elementlərin əsas ana xüsusiyyətlərini bilməzsəniz dərslər sizə tam aydın olmayacaq.
Dərslərdə əsasən qarışıq platformalara (Quanta, Compal, İnventec, Wistron və s.) sahib anakartın fərqli bölgələrinin çalışma alqoritması izah edilib. Bu video dərsləri öyrəndikdən sonra sizin sxem oxuma bacarıqları da artacaq. Çünki, anakart təmirindəki ən önəmli vacib faktorlardan birisi sizin sxemləri oxumağınızdır. Sxemsiz anakartı təmir edə bilərsiniz. Ancaq, müəyyən səviyyədə siz irəli gedə bilərsiniz. Anakartda dərin problemlər ilə üzləşdiyiniz zaman bu praktiki bilgilərin sizə çox köməyi olmayacaq. Bu zaman sizin anakartın çalışma alqoritmasını bilməniz lazım olacaq. Çalışma alqoritması İntel və AMD arxitekturasına dayanır. Çünki, anakartın yekun olaraq siqnalların birləşdiyi nöqtə CPU-dur. (Soc (APU) CPU və ya Intel PCH, AMD FCH)
Bəs çalışma alqoritması nədir ? Buna ingiliscə "Signal Timing Diagram" deyilir. Yəni siqnal zamanlama diaqramı və ya anakartın siqnal xəritəsi. Bu zamanlama isə anakartın pilləli şəkildə analizlərində çox önəmli rol oynayır.
* İrəli səviyyədə anakart təmiri üzrə toplam 4.30 saatlıq video dərslik.
* Dərsliklərin hər birində sxemli izahat və dövrənin çalışma məntiqi öyrədilib.
* Video drəslik həm əyani həm də praktiki formada hazırlanıb.
* Mündəricat və Demo dərslər qeyd edilib
Mündəricat
Dərs 1:
Start almayan anakart diaqnostikası | Siqnal zamanlama yöntəmi
Dərs 2:
Anakarta maye təması zamanı nə etməli ? | Sxemli izahatla təmir prosesi
Dərs 3:
Sxem olmadan hansı metodla anakart təmir edilir ?
Dərs 4:
Masaüstü anakartdakı "Beep Code" ilə problemin aşkarlanması
Dərs 5:
Noutbuk ekranında görüntü olmama səbəbi və həll yolu | Sxemli izahat
Dərs 6:
Anakartdakı VCCIO & VCCSA voltajları nə üçün vacibdir ?
Dərs 7:
Ekran kartlarında Fan problemi | Sxemli izahatla təmir prosesi
Dərs 8:
Ekran kartının siqnal zamanlaması | Sxemli izahatla təmir prosesi

[External Link Removed for Guests]