Acer, eMachines, Packard Bell noutbuk təmiri

Moderator: halit al

Ali Babayev
Posts: 4
Joined: Sat Oct 01, 2022 9:10 am

Start problemi

Post by Ali Babayev »

Salam. La7912p platformalı acer ana platada startla bağlı belə bir problem var. Plata batareyadan start alır, amma adaptor girişindən start almır və həmçinin də batareyanı doldurmur. Giriş mosfetlərini, chargeri, charger dövrəsində girişlə əlaqəli kondensatorların hamısını dəyişsəm də nəticə əldə edə bilmədim. Onu qeyd edim ki, pr41 rezistorunda 19v yoxdur və mosfetlərin gate ayağında dalğalı 24v var(sabit 24v ala bilmir). Nəticə ala bilmədiyim üçün digər xarab platanı (multikontollerində problem olan başqa platanı) təmir etdim və müştəriyə təhvil verdim. Növbəti gün isə müştəri problemin təkrarlandığını dedi. Yəni problem çox güman ki, ya batareyadan, ya da müştərinin adaptorundan yaranıb(Plata bir gün normal qaydasında işləyib). Mövzüdan çox kənara çıxmadan bir daha problemi qeyd edim. Mosfetlərin gate ayağına lazımi 24v gəlmədiyi üçün mosfetlər açıla bilmir və təbii ki, batareyanı doldura da bilmir, amma batareyadan start alır və normal qaydada işləyir.
User avatar
halit al
Posts: 660
Joined: Mon Aug 15, 2022 4:42 pm
Has thanked: 322 times
Been thanked: 549 times

Re: Start problemi

Post by halit al »

Elinde osiloskop varsa eger musterinin adaptor taķliyken 19 volt hattini olc dalgalaniyor mu
bilgi hakedene verilir
User avatar
Vusal
Site Admin
Posts: 3629
Joined: Mon Jul 25, 2022 2:41 pm
Location: Azərbaycan, Şəki
Has thanked: 374 times
Been thanked: 2276 times
Contact:

Re: Start problemi

Post by Vusal »

salam
bu modeldeki en cox yayilmsi problem yeni giris moslarin acilmama sebebi adapterden qaynaqlanir
orjinal baska bir acer adapteer ile yoxlayin
onlari deyismeden once batarreya kontrollerin aktiv siqnallarini olcmek gereklidir
Halit usdanin dediyi kimi osiloqraf lazimdir bu halda.
:geek: Senior computer technician & teacher
"Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.!" (Yusuf/76)
Ali Babayev
Posts: 4
Joined: Sat Oct 01, 2022 9:10 am

Re: Start problemi

Post by Ali Babayev »

Əslində məsələ belədir. Bir neçə fərqli adapterlə problemi yoxlamışam( həmçinin də laborotoriya qida bloku ilə) müştərinin gətirdiyi platada bəyaq qeyd etdiyim kimi mosfetlərin açılmama problemi var. Amma digər bir plata həmin adapterlə problemsiz açılır. Həmçinin belə bir məsələ də diqqətimi cəlb etdi, pq8 tranzistorunun ayaqlarında 19.5 və 24v çıxışlar var. Məhz 24v problem olduğundan tranzistorun xarab olduğunu düşünsəm də, məsələnin bu yerdə olmadığını gördüm. Yəni məsələ mənim üçün qaranlıq qaldı. Onu da qeyd edim ki, müştəri digər platanı bir gün tam normal qaydada işlədim və problem yalnız növbəti gün təkrarlanıb. Məhz buna görə problemin qaynağının batareya olduğunu düşünürəm.
nurettinelk
Posts: 111
Joined: Mon Sep 05, 2022 10:32 am
Location: KAHRAMANMARAŞ
Has thanked: 36 times
Been thanked: 19 times

Re: Start problemi

Post by nurettinelk »

buna benzer bir arıza şarz cihazından çıkmıştı.şarz soketinden osiloskopla ölçtüğümde azda olsa bir filtresiz voltaj vardı ama start alıyordu 5 dk kadar çalışınca filtresiz voltaj artıyor ve voltajda 14 voltakadar düşme olup tekrar yükseliyordu.adaptör tamirine gitmemiştim çıkma sağlam adaptör vererek sorunu çözmüştüm
User avatar
Vusal
Site Admin
Posts: 3629
Joined: Mon Jul 25, 2022 2:41 pm
Location: Azərbaycan, Şəki
Has thanked: 374 times
Been thanked: 2276 times
Contact:

Re: Start problemi

Post by Vusal »

pq8 tranzistorunun ayaqlarında 19.5 və 24v
tam olaraq hansi ayaginda 19v ve 24 var. cixis 24v olmaz.
:geek: Senior computer technician & teacher
"Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.!" (Yusuf/76)
User avatar
halit al
Posts: 660
Joined: Mon Aug 15, 2022 4:42 pm
Has thanked: 322 times
Been thanked: 549 times

Re: Start problemi

Post by halit al »

eğer sen güç kaynağından 19.5 volt vermişsen pq8 mosfetinin drain bacağında 24 volt source bacağında 19.5 volt görebilirsin çünkü pq8 drain bacağı direk giriş mosfetlerinin gate bacağına bağlı.
pq8 mosfeti ters giriş koruması için yerleştirilmiş bir mosfet o olmadanda çalışır devre. Bugün elime aynı karttan geldi giriş mosfelerinin gate bacağında 25 volt vardı. mosfetlerin açılması için 4.5volt fark yeterli eğer 19.5 volt vermişsen stabil gelen 24 voltla da açılmaları gerekir.
bilgi hakedene verilir
Ali Babayev
Posts: 4
Joined: Sat Oct 01, 2022 9:10 am

Re: Start problemi

Post by Ali Babayev »

Sxemdən baxdığım zaman dediyinizin doğru olduğunu görürəm. Bəli pq8 tərsinə axan cərəyanın qarşısını almaq üçün qoyulub və o olmadan da dövrə işləməlidir. Burada isə problem sizin də anladığınız kimi mosfetlərin açılmamasıdır. Sxemə baxdığım zaman girşdəki pq9 və pq10 mosfetlərinin gate ayaqlarına siqnal chargerin 4-cü (ACDRV) ayağından gəlir və bəli elə həmin ayaqda da sabit 24V yoxdur(Bir daha qeyd edim ki, chargeri işlədiyinə əmin olduğum digəri ilə əvəz etsəm də nəticə ala bilmədim.). Vüsal ustanın sualına gəlincə isə bəli birinci ayaqda dalğalı 24V var. Chargerə sxemdə baxdığım zaman bəzi siqnalların pch-a getdiyini gördüm. Absürt də olsa görəsən PCH-da problem ola bilərmi?(Bir daha qeyd edim ki, plata batareyadan normal qidalanır, start alır və görüntü verir.) Hal-hazırda yenə plata üzərində işləyirəm və ümid edirəm ki problemi hansısa yolla tapmağa nail olaram.
User avatar
halit al
Posts: 660
Joined: Mon Aug 15, 2022 4:42 pm
Has thanked: 322 times
Been thanked: 549 times

Re: Start problemi

Post by halit al »

şemaya baktığımız zaman chargerdan pch'a sinyal gittiğini göremedim ben yanlış bakmiş olabilirsiniz. hangi sinyaller gidiyor.
vcc=19v
acdet=2,4 ile 3,1 volt
regn =6v
yukardaki voltajlar tam sa ve sabitse eğer pr45 ve pr46 dirençleri ve chargerin çevresini kontrol edin. mosfetleri ve chargeriden eminsiniz heralde daha önce değiştirdiğinizi söylediniz. pq11 batarya mosfetinide kontrol edin her ihimale karşı
bilgi hakedene verilir
Ali Babayev
Posts: 4
Joined: Sat Oct 01, 2022 9:10 am

Re: Start problemi

Post by Ali Babayev »

Vaxtınızı ayırıb dəyərli fikirlərinizi paylaşdığınız üçün çox minnətdaram. Bəli haqlısınız indi baxdım ki o PCH deyil super İO imiş. Təəssüf ki, həmin rezistorları və chargerin ətrafındakı kondensator və rezistorları yoxlamışam. Və bəli hər ehtimala qarşı pq11 rezistorunu yoxladım. Çıxışında 3v müşahidə etdim qaydasındadır. Bundan əlavə o olmasa belə(ki hazırda o formada test edirəm) dövrə çalışmalıdır. Chargerin qeyd etdiyiniz ayaqlarında isə qeyd etdiyiniz voltajlar mövcuddur. Növbəti müdaxilədə super İO-nu dəyişməyi test edəcəyəm. Nəticə əldə edəcəyimi düşünmürəm, amma məsələ mənim üçün olduqca qəliz hala çevrildi.
Post Reply

Return to “Acer, eMachines, Packard Bel”